Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına yekun namizədləri açıqlayıb.
Sportnet.az xəbər verir ki, siyahıya İngiltərə "Liverpul"unun misirli yarımmüdafiəçisi Məhəmməd Salah, "Arsenal"ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanq və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun nigeriyalı forvardı Əhməd Musadır. Mükafatın son sahibi Salah olub. Yeni qalibin adı 2019-cu il yanvarın 8-də Seneqalın paytaxtı Dakarda açıqlanacaq.










































































