Rusiya Premyer Liqasında II dövrənin ilk turunun bir oyunu əlverişsiz hava şəraiti üzündən təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, bu, "Orenburq" - "Krılya Sovetov" matçıdır. Orenburqdakı "Qazovik" stadionunda keçirilməli olan qarşılaşmanınn startı ərəfəsində temperatur -18 dərəcəyə enib. Oyunun yeni tarixi hələ məlum deyil.
Qeyd edək ki, "Krılya Sovetov"un heyətində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də forma geyinir.