
"Neftçi" klubu Topaz Premyer Liqasının XIII turunda "Sabah"ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyunda hakim idarəçiliyindən narazı qalıb.
Sportnet.az xəbər verir ki, matçdan sonra klub prezidenti Kamran Quliyev jurnalistlərlə söhbətində Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadasının qərarları ilə bağlı protokola etirazlarını yazacaqlarını bildirib.
O, baş hakimin matçın 76-cı dəqiqədə "Neftçi"nin qapısına təyin etdiyi penaltidən, 83-cü dəqiqədə Baqali Daboya ikinci sarı vərəqədən sonra "qırmızı" göstərilməsindən və görüşün əsas vaxtına 6 dəqiqə əlavə olunmasından narazı qaldıqlarını ifadə edib.