1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçki yenidən əməliyyat olundu
Hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki yenidən əməliyyat olunub.
Sportnet.az-ın məlumatına görə, ikinci tibbi müdaxiləyə Sarayevodakı klinik mərkəzdə ehtiyac duyulub. Mərkəzdən "Jutarnji List"ə bildirilib ki, Prosineçkinin səhhəti ilə bağlı təhlükəli bir şey yoxdur. Lakin əməliyyat bu dəfə tam konfidensial aparılıb.
Təcrübəli mütəxəssis noyabrın 18-də İspaniya ilə yoldaşlıq görüşündən qayıdandan sonra mədəsindəki ağrılardan şikayətlənib. Dörd gün sonra o, xəstəxanaya çatdırılıb. Dörd saatlıq əməliyyatdan sonra sabiq futbolçu özünü yaxşı hiss etməyə başlayıb və səhhətinin yaxşılığa doğru dəyişdiyi bildirilir.
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisinə 2014 - 2017-ci illərdə rəhbərlik edib.