1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionlar Liqası: Daha 3 vəsiqə sahibini tapdı - YENİLƏNDİ
Çempionlar Liqasında qrup mərhələsində VI turun ilk oyun gününə yekun vurulub.
Sportnet.az xəbər verir ki, bu gecə keçirilmiş qarşılaşmalardan sonra 1/8 final mərhələsinə daha 3 vəsiqə sahibini tapıb. Növbəti mərhələyə İngiltərənin "Tottenhem" və "Liverpul" klubları ilə yanaşı, Fransa PSJ-si də yüksəlib. "Tottenhem" buna İspaniyada "Barselona" ilə 1:1 hesablı heç-heçə sayəsində nail olub. Hollandiya PSV-sinə qarşı görüşdən eyni hesablı nəticə ilə ayrılan İtaliya "İnter"i də bu qədər xala malikdir. Amma şəxsi oyunlardakı səfər qolu sayəsində (1:0, 1:2) London təmsilçisi qrupu 2-ci pillədə tamamlayıb. "İnter" isə 3-cü yerin sahibi kimi mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.
"Liverpul" evdə İtaliya "Napoli"sini Məhəmməd Salahın qolu ilə yenməyi bacarıb. PSJ isə Serbiyada "Srvena Zvezda"nı darmadağın edib - 4:1. Nəticədə Paris komandası birinci, liverpullular ikinci yerin sahibi kimi 1/8 finala çıxıb. Şəxsi oyunlardakı bərabərliyə (evdə 1:0, səfərdə 0:1) rəğmən, qrup mərhələsində daha az top vurduğu üçün ("Liverpul"da 9:7, "Napoli"də 7:5) İngiltərə komandasından geri qalan "Napoli" isə 3-cü yeri tutaraq, Avroliqaya çıxıb.
Qeyd edək ki, daha əvvəl İspaniyanın "Atletiko", "Barselona" və "Real Madrid", Almaniyanın "Borussiya" (Dortmund), "Bavariya" və "Şalke", İtaliyanın "Yuventus" və "Roma", İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted", Portuqaliyanın "Portu" və Hollandiyanın "Ayaks" klubları 1/8 finala vəsiqəni təmin ediblər. İkinci oyun günündə Çempionlar Liqasında son vəsiqənin sahibi müəyyənləşəcək.
Avropa Liqasının 1/16 final mərhələsinə isə İtaliyanın "İnter" və "Napoli" komandaları ilə yanaşı, İspaniya "Valensiya"sı, Türkiyə "Qalatasaray"ı, Portuqaliya "Benfika"sı, Belçika "Brügge"si çıxıb. Qalan iki komandanın adına bu gün aydınlıq gələcək.
-----
Çempionlar Liqasının VI turunda D qrupunda mübarizəyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" "Türk Telekom Arena"da Portuqaliya "Portu"sunu qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 17-ci dəqiqədə qonaq komandadan Felipe açıb. 42-ci dəqiqədə Mussa Mareqa penalti zərbəsi ilə hesabı artırsa da, meydan sahibləri fərqi endirə bilib. 45+1-ci dəqiqədə penaltini Sofian Fequli dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Serjio Oliveyra "Portu"nun üçüncü qolunu vurub. Lakin 65-ci dəqiqədə Eren Derdiyok yenidən fərqi minimuma endirib. "Sarı-qırmızılar" bundan cəmi 2 dəqiqə sonra bərabərlik qolunu da vurmağa yaxın olub. Lakin Fequli oyun ərzində təyin olunmuş üçüncü penaltidən yararlana bilməyib.
Məğlubiyyətə baxmayaraq, "Qalatasaray" qrupda 4 xalla 3-cü yeri tutaraq, Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıb. Buna Rusiya "Lokomotiv"inin paralel görüşdə "Şalke"yə Almaniyada 0:1 hesablı məğlubiyyəti səbəb olub. Alessandro Şöpfün 90+1-ci dəqiqədə vurduğu qola əngəl ola bilməyən "dəmiryolçular" qrupu 3 xalla sonuncu pillədə başa vurub.
"Portu" 16 xalla 1-ci, "Şalke" 11 xalla 2-ci yerin sahibi kimi Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
--------------------------
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunlarına start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray” evdə Portuqaliya "Portu”su ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi növbəti mərhələ şanslarını itirsə də, Avropa Liqasında mübarizəni davam etdirməyə çalışacaq. "Sarı-qırmızılar” qələbə qazanacağı təqdirdə, digər oyunun nəticəsindən aslı olmayaraq Avroliqada 1/16 finala yüksələcək. Qrupun digər matçında "Şalke” Almaniyada Rusiya "Lokomotiv”i ilə qarşılaşacaq.
Günün maraqla gözlənilən dueli İngiltərədə olacaq. "Liverpul” İtaliya "Napoli”si ilə üz-üzə gələcək. Neapol klubu heç-heçə etsə, növbəti mərhələyə yüksələcək.
Qrupun digər matçında Fransa PSJ-si Serbiyada "Srvena Zvezda”nın qonağı olacaq. Parislilər qələbə sayəsində 1/8 finalı təmin edəcək.
Sonuncu tur İtaliyanın "İnter” və İngiltərənin "Tottenhem” komandaları üçün də həlledici olacaq. İtalyanlar növbəti mərhələyə yüksəlmək üçün evdə Hollandiyanın PSV komandasına qalib gəlməli və londonluların İspaniyada "Barselona” ilə görüşdə xal itirməsinə ümid etməlidir.
Çempionlar Liqası, VI tur
11 Dekabr
A Qrupu
00:00. "Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 0:2
Qollar: Rafael Gerreyro, 15; 88
00:00. "Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya) - 0:0
Xal durumu: "Borussiya" - 13, "Atletiko" - 13, "Brügge" - 6, "Monako" - 1.
B Qrupu
00:00. "İnter" (İtaliya) - PSV (Eyndhoven, Hollandiya) - 1:1
Qollar: Mauro İkardi, 73 - İrvinq Losano, 13
00:00. "Barselona" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 1:1
Qollar: Usman Dembele, 7 - Lukas Mura, 85
Xal durumu: "Barselona" - 14, "Tottenhem" - 8, "İnter" - 8, PSV - 2.
C qrupu
00:00. "Srvena Zvezda" (Serbiya) - PSJ (Fransa) - 1:4
Qollar: Marko Qobelyiç, 56 - Edinson Kavani, 10. Neymar, 40. Markinyos, 74. Kilian Mbappe, 90+2
00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:0
Qol: Məhəmməd Salah, 34
Xal durumu: PSJ - 11, "Liverpul" - 9, "Napoli" - 9, "Srvena Zvezda" - 4.
D qrupu
21:55. "Qalatasaray" (Türkiyə) - "Portu" (Portuqaliya) - 2:3
Qollar: Sofian Fequli, 45+1 (pen.); Eren Derdiyok, 65 - Felipe, 17. Mussa Mareqa, 42 (pen.). Serjio Oliveyra, 57
Dəqiq yerinə yetirilməyən penalti: Sofian Fequli, 67 ("Qalatasaray")
21:55. "Şalke" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 1:0
Qol: Alessandro Şöpf, 90+1
Xal durumu: "Portu" - 16, "Şalke" - 11, "Qalatasaray" - 4, "Lokomotiv" - 3.