"Neftçi"nin futbolçusu Cavid İmamverdiyevin icarə əsasında çıxış etdiyi Türkiyənin "Elazığspor" klubuna qadın məşqçi cəlb olunub. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Ümit Özatın istəyilə əslən elazığlı Duyqu Ərdoğanla müqavilə bağlanılıb.
Özatın bu qərarı bir qədər anlaşılmaz qarşılanıb. Çünki bir müddət öncə o, telekanalların birində xanım aparıcı ilə "Qadınlar futboldan anlayırmı?" mövzusunda müzakirələr zamanı mübahisə edib və studiyanı tərk edib. Ardından baş məşqçi "Mən komandamda qadınla işləmərəm" deyib.
Qeyd edək ki, Duyqu Ərdoğan əvvəllər "Beşiktaş" və "Qalatasaray"ın müxtəlif yaş qrupları üzrə komandalarında çalışıb. O, hətta 2012-2013-cü il mövsümündə Fatih Terimin baş məşqçi olduğu vaxt "sarı-qırmızılar"ın əsas komandasında işləyib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |