İngiltərənin "Çelsi" klubunun azarkeşinə 3 il stadiondan futbol matçlarını izləmək qadağan olunub.
Sportnet.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı Corc Bredli adlı fanatın Premyer Liqanın XVII turunda "Çelsi"nin səfərdə "Brayton"u 2:1 hesabı ilə məğlub etdiyi oyunda homofob xarakterli şüarlar səsləndirməsidir.
O, məhkəmə prosesi zamanı təqsirli olduğunu etiraf edib. London təmsilçisinin azarkeşi yalnız 2022-ci ildə stadiondan oyunları izləyə biləcək. Fanat həmçinin min avro məbləğində də cəzalandırılıb.
Qeyd edək ki, "Çelsi" azarkeşləri daha öncə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Macarıstan "Videoton"u ilə matçda (2:2) antisemit ifadələr səsləndiriblər.