1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şehiç üçün 700 min avro
Türkiyənin "Trabzonspor" klubu hazırda "Erzurumspor"da forma geyinən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə maraqlanır.
Sportnet.az-ın "Futbol Arena"ya istinadən məlumatına görə, "zoğalı-mavilər" 31 yaşlı qolkiperdən ötrü 700 min avro təklif edib. İki klub arasında danışıqların davam edəcəyi bildirilir.
"Trabzonspor"u bu addıma Onur Kıvrakın əsas komandadan kənarlaşdırılması, Esteban Alvaradonun isə alacaqları səbəbindən komandanı tərk etməsindən sonra gənc qapıçı Uğurcan Çakırın ümidinə qalması vadar edib. Şehiç mövsümün ilk yarısında "Erzurumspor"un əsas heyətinin daimi üzvü olub. O, 19 görüşün 15-də cəmi 16 qol buraxıb, 4 matçda isə qapısını toxunulmaz saxlayıb. Bosniya və herseqovinalı qolkiperin klubla 2020-ci ilədək müqaviləsi var.
Qeyd edək ki, "Qarabağ"la müqaviləsi bitdiyi üçün İbrahim Şehiçin "Erzurumspor"a keçidi havayı başa gəlib.