Braziliyanın "Aqua Santa" klubunun futbolçusu Enrike oyun zamanı şimşək çaxmasından huşunu itirib.
Sportnet.az "Globoesporte"yə istinadən xəbər verir ki, hadisə gənclər arasında San-Paulu Kubokunun 3-cü turunda "Atletiko Mineyro" ilə matçda baş verib.
Qarşılaşmanın 47 dəqiqəsində ildırım çaxıb və braziliyalı oyunçu yerə yıxılıb. Klubun Mətbuat xidmətindən bildirilib ki, Enrikeni ildırım vurmayıb, sadəcə, qorxudan huşunu itirib.