Türkiyənin "Qalatasaray" klubu futbolçusu Tarık Çamdalla yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsiçisi 28 yaşlı müdafiəçinin müqaviləsini birtərəfli qaydada ləğv edib.
Qeyd edək ki, Tarık Çamdal 2014-cü ildən "Qalatasaray" klubuna məxsusdur. Çamdal 4.75 milyon avro qarşılığında komandaya cəlb olunub. Müdafiəçinin sözləşməsi mövsümün sonunda başa çatmalı idi.