La-Manş boğazının üzərində radardan itən təyyarənin axtarışları dörd mülahizəyə uyğun şəkilədə aparılır.
Sportnet.az xəbər verir ki, bu barədə Qernsi adasının polis bölməsinin “Twitter” səhifəsində bildirilib. Göyərtəsində Uelsin “Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin yoxa çıxması ilə bağlı ehtimal onların hardasa yerə enmələri, lakin əlaqəyə çıxmamalıdır. İkincisi, onlar suya düşüb, yaxınlıqdan keçən gəmi tərəfindən xilas olunublar, ancaq hələlik əlaqəyə çıxmırlar. Üçüncüsü, onlar suya düşüblər və xilasedici gödəkçəədən istifadə ediblər. Dördüncüsü isə, təyyarə boğaza düşüb və onlar suya qərq olublar.
Bildirilir ki, axtarış prosesində üçüncü variant pioritet seçilib.
Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən E.Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına saat yarım qalmış radardan itib