"Hava şəraitinə görə tam istədiyim oyun olmadı, daha sürətli qarşılaşmanın keçməsini istəyirdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Polşa "Pyast"ı ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. 47 yaşlı mütəxəssis bildirib ki, istənilən halda belə hava şəraiti ilə razılaşmaq lazımdır: "Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq".