İngiltərənin "Arsenal" klubunun futbolçusu Co Uillok seks qalmaqalı ilə gündəmə gəlib.
Sportnet.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi komandasının məşqindən əvvəl gecəni model Eqlantin Flor Agilarla keçirib. Agilar əvvəllər komandanın sabiq oyunçusu Eşli Koulla birgə olub. Onun Mario Balotelli ilə görüşdüyü də bildirilir.
Uillok biletini də alaraq, fransalı modeli Londona dəvət edib. Futbolçu onu hava limanında qarşıladıqdan sonra "Libertine" elit gecə klubuna aparıb. Orada onlar bir neçə butulka likör və biri 2500 funt sterlinqə "Hennessy" brendisi içiblər.
Daha sonra cütlük kirayəyə götürülmüş mənzilə yollanıb. Model futbolçunu "hippy crack" adlı şənləndirici qazla oynamasını çəkib. Daha sonra o, futbolçunun yataqda özünü necə aparmasından danışıb: "Onun yeniyetmə olduğu üzə çıxdı. Baxmayaraq ki, məndə böyük oğlan təsiri bağışlamağa çalışdı. O, mənimlə tanışlıqdan görüşədək hər şeyi tez etdi. Amma ünsiyyət zamanı darıxdırıcı idi. Görünür, bu, gənc yaşda olmasından irəli gəlirdi. Elə seks də qəribə oldu. O, daha çox pozu sınaqdan çıxrmaq istəyirdi. Bu isə mənim elə də xoşuma gəlmirdi".
Ən əsası, hər şey "Arsenal"ın məşqinə 6 saat qalmış baş verib. Ona klubun hər hansı sanksiya verib-verməyəcəyi hələlik bilinmir.
Qeyd edək ki, Co Uillok Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı Londonda 1:0 hesabı ilə yendikləri son tur matçını sonadək meydanda keçirib.