
Ölkəmizdə 2016-ci ildə təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq üçün UEFA nümayəndələri Bakıda səfərdədir. Sportnet.az-ın məlumatına görə, AFFA nümayəndələri ilə görüş keçirən qonaqlar stadionların və otellərin vəziyyəti ilə tanış olurlar.
Bu gün səhər UEFA nümayəndələri "Bayıl Arena"ya baxış keçiriblər. Qonaqlar daha sonra "Dalğa Arena", Tofiq Bəhramov adına Respublika stadionu, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, "Bakı” Futbol Klubunun təlim-məşq bazası və Qəbələ şəhər stadionunda olacaqlar.