"Bizim üçün çox yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynadıq. Bura qələbə üçün gəlmişdik. Heç-heçəni də müsbət nəticə saymaq olar".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mamadu Mboc Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. Qarşılaşmanın 30-cu dəqiqəsində cavab qolunu vuran seneqallı müdafiəçi komandası üçün faydalı olmağa çalışdığını deyib: "İlk rəsmi oyunda qol vurduğum üçün sevinirəm. Komandama faydalı olmağa çalışıram".