İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari "Neftçi” klubunun qonağı olub.
Sportnet.az-ın məlumatına görə, klub prezidenti Kamran Quliyev səfirlə görüşərək, Azərbaycanda futbolun inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında müzakirələr aparıb. Ölkədəki İtaliya vətəndaşları ilə maraqlanan Massari ilə görüşdə "Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, komandanın italiyalı baş məşqçisi Roberto Bordin, onun həmyerliləri – fiziki hazırlıq məşqçi Andrea Vezzu və futbolçu Canluka Sansone də iştirak ediblər.
Xatirə olaraq səfirə "Neftçi”nin forması hədiyyə edilib.