İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası olub. Görüş Vüqar Məmmədin baş məşqçi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 6:1. Millinin qollarını Musa Qurbanlı (4), İdris İnqilablı və Kamran Quliyev vurub.
U-19 hazırlıq çərçivəsində sonuncu oyununu fevralın 17-də şotlandiyalı həmyaşıdlarına qarşı keçirəcək.









                 





    
    
    
    
    
    
    
    
    






















































