Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri “Qarabağ” Futbol Klubunun əsas komandasının məşqçi heyəti və futbolçuları ilə görüşüb.
Sportnet.az xəbər verir ki, qurumdan "Report"a verilən məlumata görə, görüşdə idmançılara qida təhlükəsizliyi anlayışı və sağlam qidalanma ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda klub üzvlərinin gündəlik qida rasionu ilə bağlı fikir mübadiləsi aparılıb.
Agentlik nümayəndələri “Qarabağ” adını hər zaman idman arenasında yüksəklərə qaldıran klub rəhbərliyi və futbolçularına bu şərəfli işdə uğurlar arzulayıb, bu sahədə uğurların davamlı olmasında düzgün qidalanmanın əhəmiyyətindən danışıblar.
Görüşdən sonra AQTA və AQTİ-nin mütəxəssisləri klubun qida məhsullarının emalı sahəsinə baxış keçiriblər və peşəkar metodiki tövsiyələr veriblər.