“Səbail”in baş məşqçisi Aftandil Hacıyev evdə "Sumqayıt”la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçının ardından mətbuat konfrasnı keçirib.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə görüş barədə fikrilərini bildirib.
İki fərqli hissə oldu" deyən Hacıyev sözlərinə belə davam edib: "Oyuna itkilərlə başlamışdıq. Rahid Əmirquliyev və Ruslan Qurbanov zədəli idi. Belə itkilərlə başlamaq çətindir. İlk dəqiqlərdə Vuqar Bəybalayevin zədə alması planlara təsir etdi. Ancaq pis oynamadıq. Sadəcə olaraq çətin oyun oldu. Rəqib bu matça dönüş oyunu kimi baxırdı. “Neftçi” ilə görüşdən sonar bu qarşılaşmaya hazırlaşmaq üçün çox əmək sərf etdik. İlk hissəni rəqib oynadı. İkinci hissə oyunu bərabərləşdirməyi bacardıq. Ancaq son nöqtəni qoymağa dəqiqlik çatmadı. Nəticəni ədalətli sayıram. Oyun olaraq biz xal itirmədik, 1 xal qazandıq. Hər bir xal bizim üçün qızıldır".
Hacıyev Ruslan Qurbanovu niyə start heyətdə buraxmadağına isə belə aydınlıq gətirib: "Risk etmədik. Zədədən sonra süni meydanda oynamaq çox çətin olur. Biz oyunçuları qorumalıyıq. Ruslan bizim önəmli futbolçumuzdur. Maksinmum 20-25 dəqiqə oynaya biləcəyini bildirmişdi. Biz də az da olsa, oynatdıq".
Gənc mütəxəssis Bəyabalayevin durumu barədə də danışıb: "Ümumiyyətlə, həmin epizodda hakim niyə cərimə təyin etmədi, bilmirəm. Vüqarın durumu ürəkaçan deyil. Üzündə şiş var. Hazırda heç nə demək olmur. İrəliləyən günlərdə daha dəqiq nəsə deyə bilərik”.