İtaliya A Seriyasında XXVI turun mərkəzi görüşü "Napoli" və "Yuventus" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Napolidəki "San-Paolo" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
25-ci dəqiqədə "Napoli"nin qapıçısı Aleks Meret onunla təkbətən çıxan Kriştianu Ronaldunun qarşısını kobudluqla aldığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Onu qapıda əvəzləyən David Ospina 28-ci dəqiqədə bosniya və herseqovinalı yarımmüdafiəçisi Miralem Pyaniçin cərimə zərbəsini dəf edə bilməyib. Bundan 11 dəqiqə sonra Almaniya yığmasında çıxış edən türk əsilli orta sahə oyunçusu Emre Can künc zərbəsindən sonra baş zərbəsi ilə fərqi artırıb.
İkinci hissənin əvvəlində "Yuventus" da azlıqda qalıb. 47-ci dəqiqədə Pyaniç ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. 61-ci dəqiqədə "Napoli"nin futbolçusuXose Kalyexonun təsəlli qolunu vurması ilə yararlanıb. Hesabı bərabərləşdirmək imkanını isə 84-cü dəqiqədə Lorentso İnsinye penalti zərbəsindən topu qapı dirəyinə vurmaqla qaçırıb.
Beləliklə, "Yuventus" xallarını 72-yə çatdırıb və sona 12 tur qalmış ən yaxın izləyicisi "Napoli"dən 16 xal aralanıb. 3-cü pillədəki "Milan"ın isə 48 xalı var.