
Türkiyənin futbol üzrə III liqasında keçirilən “Amed Sportif Faaliyetler” – “Sakaryaspor” matçında insident baş verib.
Sportnet.az xəbər verir ki, XXIV tura təsadüf edən qarşılaşmada meydana ülgüclə çıxan ev sahibinin oyunçusu Mansur Çalar rəqib futbolçulara xəsarət yetirib. Qonaqların 4 oyuçusunun şikayəti əsasında Diyarbəkir Prokurorluğunun araşdırmaya başladığı bildirilir.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçda hər iki komandanın futbolçuları arasında bir neçə dəfə mübahisə düşüb.