
Braziliyanın
"Korintians” klubu şəxsi qəbiristanlığını açmaq qərarına gəlib. Sportnet.az-ın
məlumatına görə, komandanın azarkeşləri istədikləri təqdirdə sevimli
futbolçuların yanında dəfn oluna bilərlər. "Korintians
hər zaman” adlanacaq qəbiristanlıq San-Paulu şəhərinin ətrafında
yerləşəcək. Fanatlar burada 70 minə kimi
yer götürə biləcəklər. Braziliya klubunun rəhbərliyi yeni qəbiristanlığa vəfat
etmiş bir neçə futbolçunun qalıqlarını köçürməyi planlaşdırır. Ulduz
futbolçuların qəbrinin yanındakı yerlər minlərlə dollar dəyərində
qiymətləndirilir. İstisna
edilmir ki, yeni qəbiristanlıqda 2013-cü ilin may ayında vəfat etmiş klubun
qapıçısı Jilmarın da qalıqları basdırılacaq. O "ağ-qaralar”ın heyətində 500
oyunda meydana çıxıb. Qeyd edək
ki, artıq bir neçə Cənubi Amerika klubunun bu cür qəbiristanlığı var. Buna
misal olaraq Argentinanın "Boka Xuniors” komandasını göstərmək olar.