Qvatemalada "Deportivo Karça" və "Deportivo Cokotan" komandaları arasında keçirilmiş futbol matçında maraqlı hadisə baş verib.
Sportnet.az xəbər verir ki, "Deportivo Karça"nın futbolçusu Luis Akunyaqol sevincini qeyri-adi şəkildə qeyd edib.
Argentinalı yarımmüdafiəçi 80-ci dəqiqədə penalti zərbəsindən fərqləndikdən sonra tablodakı hesabı şəxsən özü dəyişib. Hətta bu hərəkətinə görə oyunçuya xəbərdarlıq da edilib.
Qeyd edək ki, Luis Akunyanın qolu komandasına qələbə qazandırıb.