"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ"la səfərdə qolsuz bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 41 yaşlı mütəxəssis uduzmadıqları üçün komandasından razılıq ifadə edib.
"Əsas odur ki, uduzmadıq. Düzgün başa düşün, bu cür komandalara məğlub olmamaq qarşıdakı matçlara yaxşı motivasiya verir. Futbolçuların təkbətək mübarizələrdə özlərini necə göstərmələri vacib idi. İlk hissədə bu, super idi, rəqibi üstələdik. İkinci hissədə rəqibin təzyiqndən sonra "oturmalı" olduq. Əks-hücumlarda şanslarımızdan istifadə edə bilmədik" deyən Abbasov nəticəni müsbət qiymətləndirib. Onun sözlərinə görə, belə oyunlar "Zirə" üçün faydalıdır: "Görüləcək işlər çoxdur. İnanıram ki, ən yaxşılardan yox, ən yaxşını verəcəyik".