Azərbaycan Premyer Liqasında XX turun "Sumqayıt" - "Neftçi" oyununu izləyənlər arasında bir sıra tanınmış şəxslər də var.
Sportnet.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan görüşə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, U-21 yığmasına rəhbərlik edən Milan Obradoviç, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Məşqçilər Komitəsinin üzvləri, Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik və digər şəxslər tribunadan baxır.
Qeyd edək ki, hələlik hesab açılmayıb.