"Çətin oyun oldu. Turnir cədvəlində vahid lider olmaq baxımından da çox vacib 3 xalı qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Ömər Buludov səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
87-ci dəqiqədə qələbə topunu vuran 21 yaşlı müdafiəçi qələbədə özünün və azarkeşlərin rolundan danışıb: "Qolu kimin vurması önəmli deyil, əsas odur ki, qalib gəldik. Nə yalan deyim, qələbədə payımın olması məni çox sevindirir. Hər dəfə olduğu kimi, növbəti oyunda da əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qələbə qazanaq, 1-ci pilləni əldən verməyək. Yeri gəlmişkən, bu qələbədə azarkeşlərimizin də payı böyükdür. Buna görə onlara təşəkkür edirəm”.