
I divizionda IX tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutub.
Liderlik uğrunda mübarizə aparan "Neftçala” öz meydanında "Energetik”i qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Göyəzən”nin qonağı olan "Turan Tovuz” da böyük hesabla qalib gəlib - 5:0.
"Kəpəz” ilə qarşılaşan "Lokomotiv” isə görüşdən 1:3 hesablı məğlubiyyətə ayrılıb.
31 oktyabr
"Göyəzən” - "Turan Tovuz” - 0:5
Qollar: Akif Tağıyev, 29; 61; 84; Qaqa Murtsxvaladze, 42; 66
"Neftçala” - "Energetik” - 3:0
Qollar: Məhəmməd Alıyev, 20 - penalti ilə. Məhəmməd Xəlilov, 25. Ramil Mansurov, 74
"Lokomotiv” - "Kəpəz” - 1:3
Qollar: Rəşad Piriyev, 54 - penalti ilə - Arzuman Nəsibov, 16. Ramil Həşimzadə, 75. Araz Mansurov, 90+3








































































