Futbol üzrə Almaniya Bundesliqasında XXV turun “Hannover” – “Bayer” oyununda kuryoz hadisə baş verib.
Sportnet.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Genki Haraquçinin fərqlənməsinə əlverişsiz hava şəraiti mane olub. 28 yaşlı yaponiyalı yarımmüdafiəçi 0:2 hesabı ilə geridə olduqları vaxt boş qapını nişan alsa da, qazon qarlı olduğu üçün top qapı xəttində dayanıb.
Qeyd edək ki, oyun “Bayer”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.