
Zinəddin Zidan yenidən İspaniya "Real Madrid"inin baş məşqçisi təyin olunub.
Sportnet.az-ın "kral klubu"nun rəsmi saytına istinadən məlumatına görə, fransalı mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Zidan bu postda Santyaqo Solarini əvəz edib. Onun illik maaşı 16 milyon avro olacaq.
Zidana ümumilikdə 300 milyon avro transfer büdcəsi ayrılacaq. Onun dönüşündə məhz bu amilin rol oynadığı bildirilir. Yayda "kral klubu"nun Luka Modriç və Qaret Beyllə vidalaşacağı, onların yerinə isə Kristian Eriksen, Eden Azar, Neymar və ya Kilian Mbappe kimi ulduz futbolçuların gətiriləcəyi bildirilir. Yeni baş məşqçinin transfer hədəfindəki ilk futbolçu isə İngiltərənin "Çelsi" klubunda çıxış edən fransalı yarımmüdafiəçi N Qolo Kantedir.
Мадридцы готовы летом расстаться с Лукой Модричем и Гаретом Бэйлом. А на их место Реал намерен пригласить Кристиана Эриксена, Эдена Азара, Неймара или же Килиана Мбаппе.
46 yaşlı baş məşqçi 2016 - 2018-ci illərdə də "Real Madrid"də çalışıb. İspaniya klubu onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi olub, hərəsi bir dəfə olmaqla İspaniya çempionatını və ölkə Super Kubokunu qazanıb. Bundan əlavə, "Real Madrid" Zidanın rəhbərliyi altında hər biri iki dəfə olmaqla UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi olub.