İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra rəqib azarkeşlər önündə etdiyi nalayiq hərəkətə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, argentinalı mütəxəssis Ronaldunun bu hərəkətlə "Yuventus" kimi böyük klubun ruhunu nümayiş etdirdiyini bildirib.
"Ronaldu dünyanın ən yaxşı oyunçusudur. O, böyük matçlarda belə oyun sərgiləməyə qadirdir. Mənim "Vanda Metropolitano"da etdiyimi görmüşdü. İndi isə özü mənim kimi xarakter göstərməyə çalışdı".
Qeyd edək ki, "Yuventus" "Atletiko"ya 0:2 hesabı ilə uduzduqları ilk matçın əvəzini çıxaraq, 1/4 finala çıxıb.