Azərbaycan Premyer Liqasında III dövrənin son turunda "Neftçi" və “Qəbələ” komandaları 48-ci dəfə üz-üzə gələcəklər.
Sportnet.az-ın məlumatına görə, əvvəlki 47 matçda 17 qələbə qazanan “qırmızı-qaralar” 11 heç-heçə edib və 19 dəfə uduzub. Bu görüşlərdə “Qəbələ” daha çox – 62 qol vurubsa, öz qapısından 60 qol buraxıb.
24-cü dəfə “Neftçi”nin qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında 8 qələbə qazanıb, 5 heç-heçə edib və 10 dəfə uduzub. Səfərdə 30 qolu olan əyalət komandası 31 top buraxıb.
Rəqiblərin 47 görüşündən 42-si Premyer Liqa çərçivəsində baş tutub. 16 dəfə meydandan üç xalla ayrılan “Qəbələ” 8 dəfə sülhlə kifayətlənib və 18 dəfə məğlubiyyətlə üzləşib. Top fərqi isə əyalət komandasının xeyrinədir – 55:54.
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək “Neftçi” - "Qəbələ" matçı saat 19:00-da başlanacaq.