"Qalatasaray"ın
yeni prezidenti Duyqun Yarsuvat baş məşqçi postunda dəyişiklik olacağını
istisna etməyib. Sportnet.az-ın məlumatına görə, yerli mətbuata müsahibəsində
Yarsuvat hazırkı baş məşqçi Çezare Prandelliyə mesaj da göndərib.
Yeni prezident uğursuzluqların davam edəcəyi təqdirdə baş məşqçi postunda dəyişiklik olacağına işarə vurub: "Ərsun Yanal bizim dəyər verdiyimiz bir mütəxəssisdir. Dəqiq tarix deyə bilmərəm, amma Yanal "Qalatasaray"ı çalışdıra bilər. Bu, 6 aydan sonra da ola bilər, bir ildən sonra da".
Qeyd edək ki, "İstanbul Başakşehir"ə 0:4 hesablı məğlubiyyətdən sonra azarkeşlər Prandellinin istefası üçün rəhbərliyə təzyiq edir.