İtaliya A Seriyasında XXVIII turun "Udineze" ilə qarşılaşmasında "Napoli"nin qapıçısı David Ospina ciddi zədə alıb.
Sportnet.az-ın məlumatına görə, kolumbiyalı qolkiper 5-ci dəqiqədə rəqib futbolçu İqnasio Pussetto ilə toqquşub. O, oyunu davam etdirsə də, ilk yarının sonlarında özünü pis hiss edib və huşsuz vəziyyətdə yerə uzanıb. Bundan dərhal sonra Ospina xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, müqavilə üzrə İngiltərə "Arsenal"ına məxsus David Osipina "Napoli"də icarə əsasında çıxış edir. Bu iki komanda Avropa Liqasının 1/4 finalında bir-biri ilə üz-üzə gələcək.
— Drafts 2.0 (@drafts_2) 17 марта 2019 г.
— Drafts 2.0 (@drafts_2) 17 марта 2019 г.