“Qəbələ” Azərbaycan Premyer Liqasında yaranmış fasilə dövründə hazırlığını Bakıda davam etdirir.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Biləcəri Futbol Mərkəzində gerçəkləşdirir. Futbolçular məşq prosesində əsasən toplu çalışmalar yerinə yetirirlər. Azərbaycanın U-21 və U-19 milli komandalarına dəvət alan oyunçular məşq prosesinə qatılmayıb. Bunlar Murad Popov, Amin Seydiyev, Rüstəm Nuriyev, Rövlan Muradov və Samir Qurbanovdur.
“Qəbələ” fasilə dövründə yoxlama oyunu da keçirəcək. Komanda martın 25-də “Sumqayıt”la görüşəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq matç saat 16:00-da start götürəcək.