
Belarus Futbol Federasiyaları Assosiasiyasının yeni sədri müəyyənləşib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu posta yekdilliklə Vladimir Bazanov seçilib. Belarus parlamentinin 61 yaşlı deputatı bu postda son 8 ildə federasiyaya rəhbərlik edən Sergey Ruması əvəzləyib.
Qeyd edək ki, Rusiyada doğulan Bazanov ixtisasca peşəkar hərbçidir. O, 2010-2012-ci illərdə Brest “Dinamo”suna rəhbərlik etsə də, sonradan deputat fəaliyyəti ilə əlaqədar paytaxt Minskə köçüb.