Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXII turunda "Səbail"ə evdə 1:2 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə oyun haqda danışıb.
- Uduzmağımıza baxmayaraq, yaxşı oyun keçdi. Futbolçularımızdan həddindın artıq razıyam. Onlardan ürəklə, ağızdolusu danışmaq istəyirəm. Təəsüsf ki, iki yarımepizod məğlubiyyətə səbəb oldu. Rəqib də heç-heçəyə gəlmişdi. Bu, gedişatdan da bəlli idi, meydandakı hərəkətlərdən də. Bu da normaldır. Bizə çətin olsa da, yaxşı oynayırıq. Son vaxtlar çox yaxşı oyun göstəririk. Ümid edirik ki, vaxt gələcək, nəyəsə nail olacağıq".
- Oyundan sonra qalmaqal oldu. Nə baş verdi? Rəqibin futbolçularının qələbəni çılğınlıqla qeyd etməyinə etiraz etdiniz?
- Özüm də başa düşmədim ki, nə ooldu.Bizim futbolçularla onların oyunçuları arasında münaqişə olub. Gedib sakitləşdirdim. Ancaq bilmədim nə baş verib. Heç araşdırmaq da istəmirəm.
- Onların qələbəni belə qeyd etməyi sizə acıq oldu?
- Yox. Acığımıza gəlsə, nə olacaq? Onda, gərək mən də qoşulub dava etməliyəm. Ancaq fikrim də yox idi. Bu olay önəmli deyil.
- Hakimlik haqda nə deyə bilərsiniz?
- Vaxtın həddən artıq uzanmasına görə narahat idim və narazılığımı bildirdim. Rəqibin sol cinah müdafiəçisi Şəhriyar Rəhimov ilk dəqiqələrdə futbolçumuza qarşı çox sərt oynadı və narazılığımı bildirdim. Oyun həddən artıq yersiz uzanırdı.
- 3-cü yerdə gedən "Səbail"lə xal fərqiniz artıq 12-yə çatdı. Çempionatda medalçı olmaq üçün şansınız varmı?
- Şansımızı qoyurub saxlayırıq. Hər bri oyunda qələbə bizə motivasiya olacaq.