Premyer Liqanın XXII turu çərçivəsində "Neftçi"ni qəbul edən "Keşlə" itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, matçın 30-cu dəqiqəsində zədələnən Kamran Ağayevi Davud Kərimi əvəzləyib.
Qeyd edək ki, Ağayev bir müddət əvvəl də zədə üzündən milli komandanın Xorvatiya və Litva ilə oyunlarına dəvət almayıb. O, ötən turu da buraxıb.