
"Bizi çətin oyun gözlədiyini bilirdik. Səbəb göstərmək istəməzdim, amma meydança amili hər iki komandaya mənfi təsir etdi".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
İtaliyalı mütəxəssisin sözlərinə görə, "ASK Arena"nın süni örtüyünün yaxşı vəziyyətdə olması işlərini çətinləşdirib: "Matçın sonlarında qazandığımız penalti sərgilədiyimiz futbola baxanda hədiyyə kimi oldu. Meydanın pis olması çətinlik yaradırdı. Topla oynamaq ağır olurdu. Buna rəğmən, ədalətli bir penalti qazandıq və qələbə topunu vurduq. Mirbadulla Abbasov həvəssiz görsənmirdi. Komandaya xeyri dəydi. Hətta qol vurmaq şansı da vardı".
Baş məşqçi aprelin 1-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu barədə fikir bildirmək istəməyib. O, ən yaxın izləyiciləri olan Ağdam təmsilçisinin deyil, öz oyunlarını düşündüklərini vurğulayıb.