"Sumqayıt" və "Qarabağ" arasındakı Azərbaycan Premyer Liqasının XXII tur matçından əvvəl "Kapital Bank Arena"da anlamlı tədbir təşkil olunub.
Sportnet.az-ın məlumatına görə, hər iki komanda aprel döyüşlərinin ildönümünü qeyd edib. Onlar və hakimlər briqadası meydana üzərində "Şəhidlər ölməz, vətən bölünməz" yazılmış formalarla çıxıblar. Bu yazıda həm də döyüşlər zamanı şəhid olanların fotoları əksini tapıb. Komandalar meydana çıxarkən dövlət himni səsləndirilib, stadionda aprel döyüşlərinin bütün 79 şəhidinin adları səsləndirilib, tribunadan "Burada" cavabı verilib, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları göylərə ucalıb.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 4:0.