AFFA İntizam Komitəsi "Qəbələ" klubunun futbolçusu Stiven Monrozu cəzalandırmayıb.
Sportnet.az-ın məlumatına görə, "Keşlə" ilə Azərbaycan Premyer Liqasının XXIV tur matçında cinsi orqanını göstərən fransalı hücumçu ilə bağlı heç bir qərar qəbul olunmayıb. Onun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.