
Azərbaycan Premyer Liqasının XXVI tur matçı "Səbail" və "Qəbələ" arasında
yubiley qarşılaşması olacaq.
Sportnet.az-ın məlumatına görə, Bakıda keçiriləcək görüş rəqiblərin 10-cu dueli olacaq. Onlar ilk dəfə ötən mövsüm üz-üzə gəliblər. Daha çox - 6 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 18:8.
Keçirilən matçlarda hazırda "Neftçi"də yer alan Baqali Dabo hamıdan çox – 6 qol vurub. Famussa Kone və Ceyms Adeniyi hərəyə üç dəfə fərqlənib.
8-ci dəfə Premyer Liqada görüşəcək “Qəbələ” və “Səbail” çempionatda 7 dəfə üz-üzə gəlib. 4 qələbə qazanan əyalət komandası 2 heç-heçə edib və 1 dəfə uduzub. 13 qol vuran “qırmızı-qaralar” 6 top buraxıb.
Qeyd edək ki, “Səbail” - “Qəbələ” görüşü saat 17:30-da başlayacaq.