"Qəbələ” komandası futbolçusu Cavid Hüseynovla yollarını ayırıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinməyəcək.
Komandanın heyətində 2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Hüseynov Premyer Liqada 87 matçda rəqib qapılarından 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan yarımmüdafiəçi 2 qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Oyunçu əyalət təmsilçisinin heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/2017 və 2017/2018 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan Kubokunu başı üzərinə qaldıran futbolçu 2016/2017 və 2017/2018 mövsümlərində yarışın finalçısı olub. Futbolçu keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.