UEFA Çempionlar Liqasında 2018/2019 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, İspaniyanın paytaxtı Madriddəki finalın qalibi olan İngiltərənin "Liverpul"unun futbolçusu Vircil van Deyk bu ada layiq görülüb. Van Deyk azarkeşlər arasındakı səsvermə nəticəsində bu nailiyyəti əldə edib.
Qeyd edək ki, "Liverpul" finalda İngiltərənin digər təmsilçisi "Tottenhem"i 2:0 hesabı ilə məğlub edərək 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.