"Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdılar. Miroslav Stok xəstələnib. Digər oyunçulara yoluxmaması üçün onu Bakıya gətirmədik".
Sportnet.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq". Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlama istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-də saat 20:00-da "Bakcell Arena"da başlayacaq.