
"Neftçi” klubu futbolçusu Canluka Sansone ilə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ona xidmətləri qarşılığında təşəkkür edən flaqman rəhbərliyi gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Canluka Sansone 2018/2019 mövsümünün qış fasiləsindən sonra "Neftçi”nin heyətində 11 oyun keçirib, 2 qol vurub.