Avropa Liqasının ilkin təsnifat mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, cavab görüşlərindən biri Azərbaycan təmsilçisi "Qəbələ" üçün gələcək rəqibini müəyyənləşdirmək baxımından əhəmiyyət kəsb edib. Beləliklə, I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının "Enqordani" (Andorra) ilə üz-üzə gələcəyi müəyyənləşib. "Enqordani" təsnifat mərhələsində "La Florita" (San Marino) komandasını hər iki görüşdə yenib - 2:1, 1:0.
I təsnifat mərhələsinin görüşləri iyulun 11-də və 18-də keçiriləcək. "Dinamo" - "Enqordani" cütünün qalibi növbəti mərhələdə "Qəbələ" ilə qarşılaşacaq.