"Qəbələ" komandası Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışının 6-cı gününü arxada qoyub.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar" ötən günü iki məşqlə yekunlaşdırıb. Futbolçular hər iki məşq zamanı əsasən toplu çalışmaları yerinə yetiriblər.
Bərpa prosesi keçən Davit Volkov fərdi hazırlıqla kifayətlənib. Zədədən sonrakı bərpa dövrünü başa vuran Rasim Ramaldanov isə komandaya qoşularaq, kollektiv çalışmalarda iştirak edib.