
"Oyunumuzdan məmnunam. Komandamız yaxşı çıxış etdi. Çox soyuqqalnlı komanda ilə matçda təhlükəli epizodlar yaratdıq. Hazırlaşdığımız kimi oynadıq".
Sportnet.az-ın məlumatına görə, bunu Albaniya "Partizani"sinin baş məşqçisi Franko Lerda evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib. İtaliyalı mütəxəssis bildirib ki, azacıq bəxtləri gətirsəydi, komandası qalib gələ bilərdi. O, ələ düşən fürsətlərdən yararlana bilmədiklərini əlavə edib.
Lerda iyulun 17-də Bakıda keçiriləcək cavab görüşündə müsbət nəticəyə ümid edəcəklərini vurğulayıb: "Kimə qarşı oynadığımızı yaddan çıxarmamalıyıq. Futbolda hər zaman hər şey daha yaxşı ola bilər".
Qeyd edək ki, cavab görüşü "Dalğa Arena"da keçiriləcək.