UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanan daha 10 komandanın adı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, I təsnifat mərhələsinin cavab görüşlərindən sonra məlum olub. Qarşılaşmaların ardından növbəti mərhələnin 10 cütünün tərkibi belə müəyyənləşib:
ÇFR (Kluj, Rumıniya)* - "Makkabi" (Təl-Əviv, İsrail)
BATE (Borisov, Belarus)* - "Rusenborq" (Norveç)*
TNS (Uels)* - "Kopenhagen" (Danimarka)
"Ferentsvaroş" (Macarıstan)* - "Valletta" (Malta)*
"Dandolk" (İrlandiya)* - "Qarabağ" (Azərbaycan)*
"Saburtalo" (Gürcüstan)* - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Seltik" (Şotlandiya)* - "Nımme Kalyu" (Estoniya)*
"Srvena Zvezda" (Serbiya)* - HİK (Helsinki, Finlandiya)*
"Sutyeska" (Monteneqro)* - APOEL (Kipr)
"Maribor"* (Sloveniya) - AIK (İsveç)*
İkinci oyun günündə “Dandolk”, “Qarabağ”, “Rusenborq”, AIK, “Ferensvaroş”, BATE, ÇFR, “Seltik”, “Maribor” və "Sutyeska" klubları II təsnifat mərhələsinə yüksəliblər. Məğlub olan 10 komanda isə Avropa Liqasına yollanıb.
20:30. "Riqa" (Latviya) – "Dandalk" (İrlandiya) – 0:0, pen.4:5
İlk oyun - 0:0
21:00. "Rusenborq" (Norveç) – "Linfild" (Şimali İrlandiya) – 4:0
İlk oyun - 2:0
21:00. "Qarabağ" (Azərbaycan) – "Partizani" (Albaniya) – 2:0
İlk oyun - 0:0
21:00. AIK (İsveç) – "Ararat" (Ermənistan) – 3:1
İlk oyun - 1:2
21:30. "Lüdoqorets" (Bolqarıstan) – "Ferensvaroş" (Macarstan) – 2:3
İlk oyun - 1:2
22:00. "Pyast" (Polşa) – BATE (Belarus) – 1:2
İlk oyun - 1:1
22:00. ÇFR (Kluj, Rumıniya) – "Astana" (Qazaxıstan) – 3:1
İlk oyun - 0:1
22:15. "Maribor" (Sloveniya) – "Valyur" (İslandiya) – 2:0
İlk oyun - 3:0
22:15. "Sutyeska" (Monteneqro) – "Slovan" (Slovakiya) – 1:1, pen. 3:2
İlk oyun - 1:1
22:45. "Seltik" (Şotlandiya) – "Sarayevo" (Bosniya və Herseqovina) – 2:1
İlk oyun - 3:1.