UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq “Neftçi” və Rusiyanın “Arsenal” klubları arasında yazışma olub.
“Report” xəbər verir ki, bakılılar “Twitter”də rəqibini salamlayaraq sual veriblər: “Samovarımızı özümüzlə gətirə bilərik?” Tula təmsilçisinin cavabı isə belə olub: “Samovarı götürün, pryaniklə biz təmin edərik”.
Qeyd edək ki, ilk oyun iyulun 25-də samovarları ilə məşhur olan Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda keçiriləcək.
Hey @pfc_arsenal!
— Neftçi PFK (@PFC_Neftchi) 19 июля 2019 г.
Can we bring our own "samovar" with us? :)